Bu gün görkəmli ictimai xadim, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun doğum günüdür.
Modern.az-ın məlumatına görə, sabiq deputat 76 yaşını qeyd edir.
Tahir Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. İxtisasca iqtisadçı-mühəndis olan sabiq deputat uzun illər Dəvəçidə müxtəlif vəzifələrdə çalışıb.
O, xalq arasında qazandığı nüfuzu və hörməti sayəsində 5 noyabr 2000-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilib və 20 il bu qanunvericilik orqanında səmərəli fəaliyyət göstərib.
Tahir Süleymanov parlament fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, həmçinin parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından edib.
Hal-hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyətini davam etdirən Tahir Süleymanov təşkilatın işində yaxından iştirak edir, cəmiyyətin, xüsusilə gənclərin inkişafında öz əməyini əsirgəmir.
Sabiq deputat "ŞöhrÉ™t" vÉ™ 1-ci dÉ™rÉ™cÉ™li “VÉ™tÉ™nÉ™ xidmÉ™tÉ™ görÉ™” ordenlÉ™ri ilÉ™ tÉ™ltif edilib.
Qeyd edək ki, sabiq deputatın övladı Mahir Süleymanlı da sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində iştirak edib. O, 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsində seçicilərin dəstəyini qazanıb və deputat seçilib. Mahir Süleymanlı ötən gün deputat səlahiyyətlərinin icrasına başlayıb.
Tahir Süleymanovu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!