EN

Ölülər niyə yuxumuza girir? İtirdiyimiz əzizlərimizin verdiyi mesajlar...

Sevdiklərinizi itirmək həmişə çətindir. Ancaq onları yuxuda görən zaman bu hal bizim üçün daha da çətinləşir. Bu günə qədər itirdiyimiz doğmalarımızın yuxumuza gəlmə səbəblərini açıq-aşkar ortaya qoyacaq bir neçə araşdırma mövcuddur.
 
AZXEBER.COM həmin araşdırmalardan topladığı maraqlı məlumatları nəzərinizə çatdırır:
 
Psixoloq Millerin yuxu yozma kitabında o, yuxularda ölülərlə söhbəti əsas məqam hesab edir. Onun fikrinə yuxuda gördüyünüz mərhumun pıçıltısı kədərli xəbərləri proqnozlaşdırır.

Ölən ata ilə yuxuda söhbət bir növ xəbərdarlıq, yeni bir layihəyə başlayarkən hər şeyi diqqətlə düşünmək, pis niyyətli insanların artıq arxanızdan intriqalar çevirməyə başladığının xəbərçisi kimi qiymətləndirilir.
 
Vəfat etmiş bir ananın yuxuda geri gəlməsi sizə pis vərdişlərinizdən uzaqlaşmaq üçün xəbərdarlıqdır. 
 
Həyatda olmayan bir qardaşla yuxuda qurulan ünsiyyət, kiminsə sizin köməyinizə böyük ehtiyacı olduğunu simvollaşdırır. Ancaq ətrafınızda kimin özünü pis hiss etdiyini özünüz başa düşməlisiniz - bu insan dəstək istəməyə utanır və hər şeyi özündə saxlamış ola bilər.
 
Dünyaca məşhur öncəgörücü Vanqanın xəyal kitabında ölü insanları yuxuda görmək mənfi məna daşıyır.

Ölən bir dost həyatda ciddi dəyişikliklərə, çoxlu sayda ölü insanı bir arada görmək epidemiya və ya ekoloji fəlakətlərə işarədir.
Əgər bir yaxınınız xəstədirsə, bu yuxunu xəbərdarlıq kimi də qəbul edə bilərsiniz. 
 
İslamda yuxu yozmaları isə daha dərin şəkildə təqdim olunur. Quran təfsirçiləri ölü insanlar haqqında yuxuları çox ətraflı təhlil edir, hər bir xırda təfərrüatı diqqətə alırlar.

İslam nəzəriyyəsinə görə əgər yaxınlarınız yuxuda ölü, reallıqda sağdırlarsa, taleyi onları uzunömürlülüklə mükafatlandıracaq. Mərhum valideynlər, nənə və babalar çətin bir vəziyyəti həll etməyi simvolizə edir. Yuxuda ölü bir insanı tapmaq, ölüyə salam vermək, mərhumu öpmək, danışmaq, artıq inanmadığınız bir şeyi əldə edəcəyinizin işarəsidir. Əgər yuxuda gördüyünüz vəfat etmiş insan qadındırsa, bütün səylərinizdə uğur qazanmaq üçün hazır olmalısınız.

Yuxular vasitəsilə ölülər sizə məsləhət verə bilər. Əgər vəfat etmiş insan yuxunuza tez-tez girirsə, o, bu yolla sizə real həyatda etdiyiniz səhvlər barədə xəbərdar edir. Onun yuxuda sakit, təmkinli və susqun olması sizi yaxşı iş görməyə çağırdığının əlamətidir.
 
Çox pis əlamətlər isə kişi və ya qadın olmasından asılı olmayaraq, yuxuda mərhumla yaxın ünsiyyətdir. Vəfat edən kəs yuxuda səni öz yanına çağırırsa, buna diqqət etmək lazımdır. Çünki buradakı incəlik həmin şəxsin nədən vəfat etməsindədir. O bu yolla sizə mümkün hadisə barədə ipucu verir.
 
Loffun fikirlərinə görə isə insanlar ölüləri yuxuda görən zaman bunu ciddi qəbul etməməlidirlər. Çox vaxt belə xəyallar sadəcə mərhum üçün həsrətin və onun haqqında düşüncələrin əksidir. Və ya həyatda artıq ölmüş bir insanla bağlı bir hadisə baş verə bilər, bu zaman bilinçaltımız həmin adamla bağlı xatirələri üzə çıxarmağa başlayar. 
 
Madam Hasse isə öz araşdırmalarında həmkarlarından fərqli olaraq ölü insanları uzunömürlülük və sağlamlıq rəmzi hesab edir. 
 
Aysel Hacızadə
 


Chosen
117
1
azxeber.com

10Sources