EN

Erməni terroru nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovun şəhadətə ucalmasından bir il ötür - Vətən Naminə

">

Məlumat üçün qeyd edim ki, Mahmudov Seymur Elsevər oğlu 1991-ci il iyul ayının 12-də Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur. Seymur Mahmudov orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 246  saylı liseydə  almışdır.

DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunun 3-cü bölüyünün sabiq polis nəfəri, polis serjantı Mahmudov Seymur Elsevər oğlu 08.10.2009-cu il tarixdən 09.04.2011-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

Seymur Mahmudov 13.06.2012-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunda polis nəfəri vəzifəsində xidmət etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə sabiq polis nəfəri Seymur Mahmudov Şuşa şəhərinə ezam olunmuşdur. 19.09.2023-cü il tarixdə Xocavənd rayonu istiqamətində nəqliyyat vasitəsilə hərəkətdə olarkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində şəhid olmuşdur.

08.11.2023-cü il tarixdə şəhid Seymur Mahmudov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Ölkə Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Allah şəhidlərə rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
130
20
vetennamine.az

10Sources