EN

“Onların pulunu əlindən alıb Qarabağı abadlaşdırmaq lazımdır!”

“Biz sosial problemləri cəmiyyət olaraq ictimailəşdirməli, onların həlli yollarını axtarmalıyıq. Bu gün yaşlı bir qadın oturub bir dəstə pencər satır, dərhal polis gəlib onu qovur ki, getməlisən. Biz bunun həlli yolunu fikirləşməliyik, necə edək ki, o qadın 5 xiyar, 3 pomidor, 2 dəstə göyərtisini sata bilsin...” 

Bu sözləri Yenisabah.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O, cəmiyyətin məişət mövzularını müzakirə etməsindən, sosial problemlərə səssiz qalmasından gileylənib: 

“Rayonlarda pomidor 65 qəpikdir, amma biz Bakıda 3-4 manata ala bilirik. Bax, bu məsələləri müzakirə etməliyik, boş-boş məişət söhbətləri, şou-biznes qalmaqallarını yox!  vakansiya 2023

Biz sosial problemləri həll etməli, cəmiyyətin fikrini öyrənməli, hökumətə necə kömək edəcəyimiz barədə fikirləşməliyik.

Bu gün Prezidentimiz Azərbaycanı hər bəladan qurtarmaqla məşğuldur. Gündə təyyarəyə minib fərqli ölkələrə gedir, danışıqlar aparır. Putin öz ayağı ilə Azərbaycana gəldi. Biz ona lazımıq. Deməli, Azərbaycan təkcə Qafqaz miqyasında yox, Türk-Turan miqyasında lider kimi qəbul oluna bilər. 

Qoyun Prezidentimiz işi ilə məşğul olsun, Azərbaycanın dövlətçiliyini qorusun, içəridə biz birliyi qoruyub saxlayaq, kömək edək. 

Bəlkə də bu fikirlərimə görə yenə məni tənqid atəşinə tutacaqlar, amma mən haqqı söyləyirəm. Müsavat Partiyasında da mənə irad tutduqları o idi ki, niyə İlham Əliyevi tərifləyirsən?”

Hüquq müdafiəçisi qeyd edib ki, hər kəs problemləri həll etməyə öz ətrafından başlamalıdır: 

“Gəlin, bir yerdə problemləri həll edək. Heç kəs çıxıb deyə bilməz ki, mənim qohumlarımdan heç biri rüşvət almır. Alırlar! Əgər kimisə tənqid edirsənsə, əvvəlcə yan-yörənə baxmalısan. 

İsrailin prezidenti Qolda Meir deyirdi ki, korrupsiyaya bulaşan hər bir insanı 7-ci nəslinə qədər vətən düşməni hesab etmək lazımdır. Bir ölkənin ordusuna, həkiminə və müəlliminə dəyər vermək laızmdır. Biz bu amalla yaşamalıyıq ki, Azərbaycan çiçəklənsin. Mənim artıq 83 yaşım var, ölkəmdə mənə pis münasibət göstərilsə, əşyalarımı toplayıb gedəcəyəm xaricə, oğullarımın yanına. Amma mən 35 ildir ki, ölkəmdəyəm, Azərbaycan dövlətçiliyi üçün vuruşuram. Demirəm ki, mən nümunəyəm, mənim kimi yüzlərlə insan döyülüb-söyülsə də Azərbaycanda qalıb. Biz gücümüzü birləşdirib Azərbaycanı qorumalıyıq, problemlərdən qurtulmalıyıq. 

Mən korrupsionerlərin həbs edilməsinə qarşıyam. Fikrimcə, onları tutmaq əvəzinə, bütün mal-mülklərini müsadirə edib o pulla işğaldan azad olunmuş torpaqları abad etmək olar. 

Mübarizə bu cür olmalıdır, yoxsa kimisə söyməklə, təhqirlə, intiqam almaqla qabağa getmək olmaz!” 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Chosen
53
3
yenisabah.az

4Sources