EN

Seçkilər zamanı Azərbaycana qarşı kiberhücumlara cəhdlər olub

"Təkcə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində deyil, digər beynəlxalq tədbirlər zamanı da Azərbaycana çoxlu sayda kiberhücumlar olur".

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

 

"Vətəndaşlar bunu görmürlər. Xidmət olaraq bu məlumatların hamısını açıqlaya bilmirik. Amma bu hücumların qarşısı alınır. Bəzən rüblük olaraq bu məlumatları öz informasiya vasitəmizdə yerləşdiririk. Vətəndaşlara və dövlət qurumlarına qarşı kiberhücumlar və təhdidlər olur. Həmçinin, COP29-la bağlı belə hücumlar baş verir", - deyə İ.Musayev əlavə edib.

 

O bildirib ki, seçkilər zamanı da Azərbaycana qarşı kiberhücumlara cəhdlər vardı:

 

"Prezident seçkisi, Milli Məclisə seçki zamanı kiberhücumlara cəhdlər edilirdi. Sadəcə, biz onların hamısını açıqlaya bilmirik. Amma bununla bağlı gündəlik iş gedir. "Facebook", "Instagram", "TikTok" kimi platformalarda dezinformasiyalar yayılır. Biz həmin platformalarla birgə işləməklə bunların qarşısını alırıq".

Chosen
22
15
sfera.az

9Sources