EN

Kilian Mbappe “Alaves”lə matçda zədələnib

İspaniya çempionu “Real”ın fransalı futbolçusu Kilian Mbappe La Liqanın 7-ci turu çərçivəsində baş tutan “Alaves”lə oyunda zədələnib.

Arena.az xəbər verir ki, hücumçunun bud sümüyündə problemlər var.

Mbappe “Real”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşmış bu oyunun 80-ci dəqiqəsində zədələnərək əvəzlənməsini istəyib. 25 yaşlı hücumçunun növbəti turda baş tutacaq “Atletiko” ilə matçda iştirakı sual altındadır. Mbappenin durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş futbolçu, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

6 il Fransa nəhənginin uğurları üçün çalışmış Mbappenin Paris klubunun heyətində çıxışının ümumi mənzərəsi belədir: 307 oyun, 256 qol, 108 məhsuldar ötürmə. Mbappe vurduğu 256 qolla PSJ tarixinin ən sərrast futbolçusudur.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyuna 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Chosen
56
7
arena.az

10Sources