EN

Ərdoğanla Paşinyan bağlı qapılar axrasında nələrdən danışıblar?

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Rəsmi açıqlamaya görə, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə dəstəyini vurğulayıb.

Maraqlıdır, iki ölkə lideri arasında daha hansı məqamlar qapalı qapılar arxasında müzakirə edilib?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov Ermənistanın əsl niyyətindən danışıb:

“Keçmiş Qarabağ münaqişəsinə, həm də Ermənistanın Türkiyənin Şərqinə ərazi iddiası etməsinə görə iki ölkə arasındakı münasibətlər hər kəsə bəllidir. Eyni zamanda, rəsmi İrəvanın Türkiyəyə qarşı qondarma soyqırım iddiaları var. Həmin məqama görə, tərəflər arasında münasibətlərin kəskinləşməsinə şahid olmuşuq. Lakin onların heç bir əsası yoxdur. Hamısı uydurmadır. Düşünürəm ki, həmin məsələnin gündəmə gəlməsinin altında Ermənistanın Türkiyədən ərazi almaq istəməsi yatır. Lakin təəssüflər olsun ki, bu iddiaları dəstəkləyən qüvvələr var”.

Ekspert müzakirə edilməli məsələlərdən də bəhs edib:

“Ermənistanla Türkiyə arasında indiyə qədər sərhəddə 5 görüş keçirilib. Sərhədlərin açılması məsələsi müzakirə edilə bilər. Həmçinin də Qərbin Ermənistanı silahlandırması gündəlikdəki məsələlərdəndir. Rəsmi İrəvan silahlandırılırsa, onların ərazilərində bir-birinə zidd olan dayaq nöqtələri varsa, bundan Türkiyənin də sərhədləri zərər görə bilər. Heç bir dövlət qonşuluğunda qarşıdurmanın olmasına tərəfdar deyil. Düşünürəm ki, bu da müzakirə oluna və Paşinyana sərt xəbərdarlıq oluna bilər. Azərbaycan və Türkiyədən savayı digər ölkələr də bu çağırışlara qoşulmalıdır. Nəzərə alaq ki, Türkiyə region dövlətidir. Adıçəkilən ölkələr 3+3 formatında təmsil olunurlar. Yəni digər ölkələr də bu məqama diqqət yetirməlidirlər. Xülasə, düşünürəm ki, Zəngəzur dəhlizi, ərazi iddiaları, ermənilərin silahlandırlması gündəlikdə olan məsələlər arasındadır”.

Chosen
95
46
turkustan.az

10Sources