EN

Bu tarifləri “Azəristiliktəchizat” müəyyənləşdirəcək

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Avtosfer.az Tarif Şurasının Katibliyinə istinadən xəbər verir ki, qeyri-əhali istehlakçılarının istilik təchizatı xidmətinin tarifləri dövlət tənzimlənməsindən çıxarılıb.

Bu xidmətlərin tarifləri “Azəristiliktəchizat” ASC ilə müqavilə əsasında müəyyən ediləcək.

Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

Tarif (qiymət) Şurası istilik təchizatının yalnız əhali qrupuna aid istehlakçılar üzrə tariflərini müəyyən edir. Yeni istilik mövsümundə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə dəyişilməz olaraq qalır.

Chosen
6
3
avtosfer.az

10Sources