EN

Dünyada YENİ SAVAŞ BAŞLADI

İki texnologiya nəhəngi savaşa başlayır: Google Microsoft-a qarşı...
 
Google Microsoft korporasiyasından Avropa Komissiyasına şikayət edib. Musavat.com sənədin mətnini nəzərdən keçirən Financial Times-a istinadən yazır ki, şikayət Microsoft-un inhisarçı fəaliyyəti ilə bağlıdır.
 
Belə ki, Google Microsoft-u müştəriləri Azure bulud platformasına bağlamaq və onların asanlıqla başqa platformalara keçmək imkanını məhdudlaşdırmaq üçün Windows proqramından sui-istifadədə ittiham edir.
 
Google-a görə, üçüncü tərəfin bulud xidmətlərindən istifadə Microsoft-dan “ciddi sanksiyalara” səbəb olur. Rəqibin ədalətsiz üsulları seçim imkanlarının daralmasına və qiymətlərin yüksəlməsinə səbəb olub. Şikayətdə deyilir ki, Windows proqramını Azure-a köçürmək heç bir xərc yaratmır, rəqiblərə keçid isə "yeni Windows server lisenziyalarını almaq üçün 400 faiz mükafat tələb edir".
 
Google həmçinin Microsoft-un Windows proqramlarını üçüncü tərəf buludlarına köçürən müştərilər üçün istifadəçi təcrübəsini pisləşdirməsindən narahatdır və maliyyə cəzalarının yalnız Azure-un əsas rəqibləri olan Amazon Veb Xidmətlərinə (AWS), Google Cloud Platform və Alibaba Cloud.-a şamil edildiyinə görə onu ayrı-seçkilikdə günahlandırır.
 
Google-un bulud xidmətləri üzrə vitse-prezidenti Amit Zaveri şikayətin verilməsini şərh edərkən X sosial şəbəkəsində yazıb ki, Microsoft-un rəqabətə zidd tətbiqləri “Aİ iqtisadiyyatına milyardlarla baha başa gəlir, kibertəhlükəsizliyə mənfi təsir edir və innovasiyaları məhdudlaşdırır”.
Google AK-dən Microsoft-u üçüncü tərəfin bulud xidmətlərindən istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa məcbur etməsini istəyir: "Əgər mən bu lisenziyaların pulunu artıq ödəmişəmsə, onlardan istədiyim yerdə istifadə edə bilməliyəm".
 
FT qeyd edir ki, şikayət vermək rəsmi araşdırmanın başlanacağına zəmanət vermir və belə bir araşdırmanın özü illər çəkəcək.
 
Bunun qarşısını almaq üçün Microsoft iyul ayında bir qrup digər bulud provayderi ilə böyük bir müqavilə bağlayıb. Şirkət prezidenti Bred Smitin sözlərinə görə, bu, təkcə mövcud narahatlıqları aradan qaldırmır, həm də sektorda rəqabətin artmasına kömək edir.
Chosen
121
3
moderator.az

10Sources