EN

Azarkeş hakimə təzminat ödəyəcək: Üzünə pivə atdığına görə

Almaniyalı futbol azarkeşi 3-cü divizion matçında hakimə 1500 avro təzminat ödəyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

İnsident hələ ötən ilin yazında, “Zvikau” klubunun “Rot”la matçının fasiləsi zamanı baş verib. Vayss Essen adlı fanat meydanı tərk edən hakim Nikolas Vinterin üzünə pivə qabını boşaldıb.

Hadisədən sonra referi görüşü ləğv edib. Bir müddət sonra isə azarkeşi məhkəməyə verib.

Chosen
93
39
publika.az

10Sources