Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün tam ödəyib.İndex.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.Qeyd olunub ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
Facebook-da paylaş