“Ermənistan sülh sazişinin artıq razılaşdırılmış maddələrini noyabrda baş tutacaq COP29 iqlim konfransına qədər imzalamağı təklif edir”.
Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi “Sülh naminə liderlik” tədbiri çərçivəsində deyib.
Paşinyan hesab edir ki, bu, sülh prosesinin irəli aparılması üçün stimullaşdırıcı mühit yaratmağa kömək edə bilər.