EN

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sentyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Düşən yağıntının miqdarı Zaqatalada 106 mm, Lənkəranda 33 mm, Qəbələdə 21 mm, Astarada 19 mm, Lerikdə 12 mm, Balakəndə 8 mm, Yardımlıda 6 mm, Göyçay, Şəki, Oğuz, Şəmkir, Qax, İsmayıllı, Tərtərdə 4 mm-dək olub.
Şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s, Cəfərxanda 16 m/s-dək güclənib.
Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 29, Aran rayonlarında 31, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.
Chosen
11
8
oxu.az

10Sources