Olaylar bildirir ki, bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünə də toxunan general müsbət nəticələr gözlənilmədiyini qeyd edib.
"Bayden və Zelenskinin 26 sentyabra nəzərdə tutulan görüşü atəşkəs və sülh məsələsində dünyaya ümid verməyəcək. Ona görə ki, ABŞ bu savaşın bitməsini istəmir. Qərbin imperialist dövlətləri var ki, bunların dərdi savaşı bitirmək yox, daha da qızışdırmaq, dağıdıcı vəziyyətə gətirməkdir".
O, hazırda hər iki dövlətin - Ukrayna və Rusiyanın sülhə maraqlı olduqlarını bildirib:
"Faktiki olaraq hər iki dövlət yorulub, tükənib. Əslində həm savaşı davam etdirməyi, həm də sülhə, atəşkəsə nail olmağı istəyirlər. Qərb isə bunu Üçüncü Dünya savaşına gedən yolda öncə Rusiyanı tükəndirməyi, sonra bu tükənmiş Rusiyanı Çinə yox, özünə bağlı hala gətirməyi hədəfləyir. Bunu da bacarıb-bacarmayacaqlarını zaman göstərəcək".