Sentyabrın 28-i saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsilə kəsişməyədək) avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılacaq.
Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırılma aparılacaq təmir işləri ilə əlaqədardır.