EN

Blinken Bakı ilə İrəvan arasında münasibətlərdə irəliləyişi yüksək qiymətləndirdi

ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Nyu-Yorkda Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

“Dövlət katibi Antoni Blinken bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə üçtərəfli görüş keçirib. Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqini yüksək qiymətləndirib və hər iki ölkəni sazişin mümkün qədər tez yekunlaşdırılması istiqamətində daha da irəliləyiş əldə etməyə çağırıb. Dövlət katibi vurğulayıb ki, sülh sazişi regiona daha böyük sabitlik və firavanlıq gətirəcək”, – bəyanatda bildirilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
117
50
konkret.az

10Sources