EN

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq"

"Biz Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq".

Oxu.Az TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində jurnalistlərə bildirib.

"Cənab Paşinyanın yanaşmasına nəzər saldıqda, onun heç bir mənfi ab-havası görünmür. Türkiyə olaraq bizdən Ermənistanla Azərbaycan arasında sülh sazişini təmin etməyimizi istəyirlər ki, onlar da sülh içində qonşu kimi yaşaya bilsinlər. Biz artıq bunun arxasınca gedirik" , - Türkiyə lideri vurğulayıb.

Ərdoğan Azərbaycanla Ermənistan arasındakı bir sıra məsələlərin həll ediləcəyinə inamını ifadə edib:

"Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasındakı bu məsələləri mərhələli şəkildə həll edə bilərik. Hər iki tərəf əslində sülhün tərəfdarıdır. Hazırda Azərbaycan belə bir gözləntidədir və səy göstərir.

Chosen
9
30
demokrat.az

10Sources