EN

... 20 milyon dollar mükafat

ABŞ Dövlət Departamenti dünən (sentyabrın 26-da) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-da sui-qəsd planının bir hissəsi olmaqda ittiham olunan zabitinin həbsi ilə bağlı məlumat üçün 20 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

Bu açıqlama Donald Trampın İrandan həyatına “əhəmiyyətli təhdidlər” olduğunu iddia etməsi ilə eyni vaxta təsadüf edib. Tehrandan gələn real və konkret təhdidlər barədə xəbərdarlığı prezidentliyə namizədin seçkiqabağı kampaniya komandasına ABŞ kəşfiyyat agentlikləri verib.

İranın 4 il əvvəl Donald Trampın əmri ilə İraqda pilotsuz uçuş aparatının (PUA) hücumunda general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, Pakistanla əlaqələri olan biri tərəfindən avqust ayında ABŞ rəsmisinə qarşı təşkil edilmiş sui-qəsdin qarşısını alındığı bildirilib.

Xarici İşlər Nazirliyi dünənki açıqlamasında Mehdi Rizai kimi tanınan Şəhram Pursəfinin tutulmasına və ya həbs olunmasına səbəb olacaq məlumatı verənlərə 20 milyon dollara qədər mükafat təqdim olunacağını bildirib.

2019-cu ildə ABŞ SEPAH-ı “xarici terror təşkilatı” kimi qara siyahıya salıb.

2022-ci ilin avqustunda ABŞ səlahiyyətliləri İrana qarşı şahin kimi görünən Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona qarşı sui-qəsdin təşkilində şübhəli bilinərək Şəhram Pursəfiyə qarşı ittihamnamə çıxarıb.

Prokurorluq bəyan edib ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər həyata keçirilən və iranlı zabitin 300 min dollar verməkdə ittiham olunduğu sui-qəsd planı general Süleymaninin öldürülməsinə görə qisas almaq olub.

İran isə ittihamları “cəfəngiyyat” kimi rədd edərək 2022-ci ilin avqustunda Boltonun siyasi karyerasının “bitdiyini” iddia edib.

Chosen
59
vaxt.az

1Sources