EN

Mark Zukerberq rəqəmsal insan klonu ilə ünsiyyət yaradıb

“Meta Connect” tədbirindən bir gün əvvəl keçirilən təqdimat zamanı şirkət qeyri-ənənəvi, bəzən isə hətta ürküdücü görünən bir neçə innovativ inkişaf nümayiş etdirib. Məsələn, bir şəxs yaxınlıqda dayanan virtual surəti ilə söhbət edib.

AZƏRTAC “TechCrunch”a istinadla xəbər verir ki, təqdimat zamanı hansısa məqamda “Meta” şirkətinin baş direktoru Mark Zukerberq səhnəyə süni intellekt texnologiyaları üzrə ixtisaslaşmış rəssam üçüncü Don Allen Stevensonu dəvət edib. Sonuncunun səhnəni tərk etməsindən sonra Zukerberq telefonu götürüb və videozəng edib; onun həmsöhbəti Stivensonun süni intellekt tərəfindən yaradılmış rəqəmsal versiyası idi - səhnədə Mark və böyük ekranda öz klonu arasında duran əsl Stivenson dayanırdı.

Bu, “AI Studio” platformasının fərdi chatbotların hazırlanması üçün yeni imkanlarının nümayişi olub. Onun şirkəti bu versiyanı hələ iyul ayında amerikalı blogerlərə təqdim etmişdi və həmin vaxt o, yalnız mətnlə işləyirdi. Bir gün əvvəl məlum olub ki, blogerlər artıq özlərinin virtual versiyalarını yarada bilərlər. “Çoxlu sayda şəxsi mesaj alırsınızsa və cavab verməyə vaxtınız yoxdursa, “Creator AI” mənim ünvanıma tez-tez göndərilən suallara cavab verir. Bu, vaxta qənaət edir. Mən bayıra çıxıb ara verə bilərəm”, - deyə Stivenson platformadan necə istifadə etdiyi haqda danışıb.

Eyni təqdimatda “Meta” versiyası Oukvafina, Cudi Denç, Con Sena, Kiqan-Maykl Key və Kristen Bell tərəfindən səsləndirilən chatbotları da nümayiş etdirib.

Chosen
36
4
yeniazerbaycan.com

5Sources