Oktyabr ayının 28-də keçirilməsi nəzərdə tutulan 4-cü hərracda bina 25% endirimlə təkrar hərraca çıxarılacaq. Belə ki, 28 oktyabr tarixində baş tutan hərracda binanın start qiyməti 18 milyon 527 min 250 manat olacaq. Onu da qeyd edək ki, "Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Bakı Oksford Məktəbinin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
Binanın 2-ci sahibi isə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.