EN

Kəlbəcər istiqamətində yaralandı, 44 GÜN KOMADA QALDI, 15 DƏFƏ ƏMƏLİYYAT OLUNDU: Möcüzə nəticəsində sağ qalan qazinin anası danışdı — VİDEO

44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək Vətənin müdafiəsinə qalxan igidlərimizdən biri də Cahangir Əliyevdir.



İctimaimedia.az xəbər verir ki, o, ordudan tərxis olunmasına 3 gün qalmış Vətən müharibəsinin başlaması ilə döyüşə gedərək Kəlbəcər istiqamətindəki döyüşlərdə minomyot atəşi nəticəsində ağır yaralanıb və tanınmaz hala düşüb, 44 gün komada qalıb.Anası Sevda Əliyeva Cahangiri hər yerdə axtarsa da, tapa bilməyib. Amma ümidini əsla itirməyib.



“Oğlumu nə ölülərin, nə də dirilərin arasında tapa bilirdim. Mənə demişdilər ki, Cahangir sağdır, ancaq harada olduğunu bilmirik. Morqa gedəndə dedilər ki, DNT analizi verin. İstəmədim, dedim ki, oğlumu ayağından da olsa tanıyacağam”, – o bildirib.Raket mərmisinin partlaması nəticəsində ağır yaralanan Cahangirin sol gözü görmür, qulağı eşitmir və danışmaqda çətinlik çəkir. Komadan ayılandan sonra qəhrəman qazimiz plastik əməliyyat keçirib və ona yeni dəri köçürülüb. Ümumilikdə Cahangir 15 dəfə əməliyyat olunub.

Chosen
53
ictimaimedia.az

1Sources