EN

Nəsrullah ölüb?

İsrailin Livanın paytaxtı Beyruta son hücumlarında hədəf aldığı bildirilən “Hizbullah” terror təşkilatının baş katibi Həsən Nəsrullahın taleyi yerli mətbuatda müzakirə olunur.

İsrailin Kanal 12 televiziyasının xəbərinə görə, Tel-Əviv rəhbərliyin Nəsrullahın hücuma məruz qalan sığınacaqda olduğunu ehtimal edir. Rəsmilər onun hücum zərbəsi zamanı partlayışdan və ya dağıntılar altından sağ-salama çıxmasını güman edir. Təxminlərə görə baş terrorçu ya ölüb və ya ciddi yaralanımış ola bilər.

İsrail ordusu radiosuna danışan bir mənbə, “hücum nöqtəsində olan birinin sağ qalmasının mümkünsüz olduğunu” iddia edib.

“Walla” saytına danışan mənbə “Nəsrullahın burada olduğuna dair işarələrin getdikcə artdığını və onun buradan çıxmasının çətin olduğunu” bildirib.

İsrail mətbuatında əvvəlki xəbərlərdə hücumun hədəfinin Nəsrullah olduğu və ordunun “Hizbullah” baş katibinin orada olub-olmadığını araşdırdığı bildirilmişdi.

Bu gün İsrail döyüş təyyarələri Dahiyə bölgəsini mühasirəyə alaraq, Burj əl-Baracine və hava limanı yolundan Hureki rayonuna gedən bir çox binanı bombalayıb.

Hücumlar nəticəsində Dahiyə bölgəsində ən azı 6 bina dağılıb, ilkin məlumata görə, 2 nəfər həyatını itirib, 76 nəfər yaralanıb.

Chosen
166
vaxt.az

1Sources