EN

16 yaşlı Əjdərin anası: "Əməliyyat üçün evimizi də satışa qoymuşuq"


16 yaşlı Əjdərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Təranə Quliyeva məlumat verib.

O bildirib ki, övladı kəskin limfa leykozu xəstəliyindən əziyyət çəkir.

"Əjdərin 16 yaşı var. Ötən ilin mart ayında onun hərarəti yüksəldi. Haradasa 4-5 gün dərmansız müalicə etməyə çalışsaq da, gördük uşaq özünə gəlmir. Məcbur ona sistemlər qoşdurduq, qızdırması düşüb, özünə gəlsə də, boğazındakı limfanın şişdiyini gördük. Həmin vaxt bayram ərəfəsi olduğu üçün, bayramın bitməyini gözlədik ki, həkimə gedək. Müayinələr zamanı həkimlər Əjdərin belə ağır xəstəlikdən əziyyət çəkdiyini dedilər. Həmin gündən də onun müalicələrinə başladıq".

Təranə Quliyeva övladının müalicəsi əməliyyatı üçün dəstə ehtiyacları olduğunu deyib.

"Əjdər təcili şəkildə ilik köçürmə əməliyyatı olmalıdır. Nə qardaşı, nə də bacı ilə uyuşması olduğu üçün, donoru Türkiyədən tapdıq. Əməliyyat da elə orada olacaq. Bunun üçün isə bizim 100 min dollara ehtiyacımız var. Mən Əjdərin vəziyyətinə görə işdən çıxmışam, tək yoldaşımın qazancı ilə də bu əməliyyatı qarşılaya bilmirik. Evimizi satışa qoymuşuq, mənim üçün balamdan vacib heç nə yoxdur. Hər şeyim ona qurban olsun. Bu məbləğin çox böyük olduğunun fərqindəyəm, buna görə də, hər kəsə bir ana kimi yalvarıram, əlinizdən gələni mənim balamdan əsirgəməyin".

Ailə ilə əlaqə: (070) 300-39-96.

Beynəlxalq Bank: 4127 2093 0252 1627.


Chosen
143
1
news24.az

10Sources