EN

Əmr verdim: Nəsrullah artıq yoxdur, hədəfimiz isə…

Nəsrullahı öldürmək qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əsas şərt idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Hizbullah lideri Həsən Nəsrullahın Beyruta endirilən zərbələr nəticəsində ölməsi haqda danışarkən deyib.

"Nəsrullah sağ olduğu müddətcə Hizbullahın imkanlarını tez bir zamanda reabilitasiya edə bilərdi. Ona görə də əmr verdim və Nəsrullah artıq aramızda deyil", - o bildirib.

"Bir il əvvəl düşmənlərimiz bizə hücum etdilər və İsrailin məhv olmaq yolunda olduğunu düşündülər. Bir ildən sonra hücum ardınca hücum, uğur ardınca uğur... Onlar ümidlərinin necə qırıldığını anladılar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
39
5
milli.az

6Sources