EN

Azərbaycan yığması dünya çempionatında “gümüş” qazandı

Atıcılıq üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında mükafatçılar sırasına düşüb.

Futbolpress.az xəbər verir ki, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət yığma gümüş medal qazanıb.

Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada fərqləniblər.

Çempion isə Hindistan idmançıları olub.

 

Chosen
19
9
futbolpress.az

10Sources