EN

Daşaltı əməliyyatında itkin düşən podpolkovnikin il dönümü qeyd edilib - VİDEO

Bu gün 1992-ci ilin yanvar ayının 26-da Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşən Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini podpolkovnik Riyad Fikrət oğlu Əhmədovun il dönümü izdihamlı şəkildə qeyd edilib. Mərasimdə şəhid podpolkovnikin doğmaları, keçmiş iş yoldaşları, dövlət nümayəndələri və sıravi Azərbaycan vətəndaşları iştirak ediblər. Qeyd edək ki, ölümündən sonra, Riyad Əhmədova Milli Qəhrəman adı verilmişdir.    GundemXeber.Az bildirir ki, podpolkovnikin dəstəsi 26 yanvar 1992-ci il tarixində növbəti tapşırıq alır - Daşaltı kəndinin düşməndən təmizlənməsində iştirak edir. Həmin əməliyyatın gedişi zamanı Riyad Əhmədov itkin düşür.    1992-ci ilin 7 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 833 saylı fərmanı ilə podpolkovnik şəhidimizə Milli Qəhrəman adı verilir. Nəhayət Azərbaycan silahlı qüvvələri Daşaltı kəndini erməni yaraqlılarının işğalından azad etdikdən sonra, 2023-cü ilin sentyabr ayında Azərbaycan Dövlət orqanlarının xüsusi nümayəndələri tərəfindən Milli Qəhrəmanın nəşi axtarış tədbirləri nəticəsində tanınır və Bakıya gətirilir. Sentyab ayının 28-də Şəhriyar adına klubda onunla vida mərasimi keçirilir və mərhumun nəşi 2-ci fəxri xiyabanda torpağa tapşırılır. Allah rəhmət eləsin!GundemXeber.Az

Chosen
24
gundemxeber.az

1Sources