EN

"Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunda "Şamaxı" "Turan Tovuz"la heç-heçə edib.   Manset.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Belajdi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.

Chosen
11
7
manset.az

10Sources