Şimali Koreya ABŞ-ın Ukraynaya 8 milyard dollarlıq hərbi yardımını "inanılmaz səhv" adlandırıb.GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.“Rusiyaya qeyri-qanuni silah tədarük etməkdə ittiham olunan KXDR də ABŞ-ın nüvə dövləti olan Rusiyaya münasibətdə odla oynadığını bildirir. Kim Çen İnin bacısı Kim Yo Conq bildirib ki, Vaşinqton Ukrayna ilə bağlı münaqişəni gərginləşdirir və bütün Avropanı nüvə müharibəsi astanasına gətirir.GUNDEMXEBER.AZ