EN

Misli Premyer Liqası: "Turan Tovuz" "Şamaxı" səfərində xal itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turunda "Şamaxı" "Turan Tovuz"la 2:2 hesabı heç-heçə edib.

Tovuz təmsilçisinin heyətində Sadiq Şəfiyev beşinci dəqiqədə hesabı açıb. Meydan sahiblərindən Belajdi Pusi 48-ci dəqiqədə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Arsen Ağcabəyov Şamaxı klubunun ikinci qoluna imza atıb. 90+8-ci dəqiqədə Kristian da Silva penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayınl 15-ə çatdıran qonaqlar 4-cü pillədə qərarlaşıb. "Şamaxı" 12 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər görüşündə son çempion "Qarabağ" "Sabah"la üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.

Chosen
8
9
cbcsport.az

10Sources