EN

Nəsrullahın yerinə onu gətirdilər -FOTO

"Hizbullah"ın əsas idarəetmə orqanı olan Şura İcraiyyə Komitəsinin rəhbəri vəzifəsində işləmiş Haşim Səfiuddin Livan partiyasının yeni baş katibi seçilib.

OXU24.COM  xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Al Arabiya" telekanalı mÉ™nbÉ™lÉ™rÉ™ istinadÉ™n mÉ™lumat yayıb.

Məlumata görə, Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. "Hizbullah"ın yüksəkvəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur.

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb. O, "Hizbullah"ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir.

Bizi Telegram-da izləyin

Chosen
15
1
oxu24.com

4Sources