EN

Qrizmann millidən getdi

“Atletiko”nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann millidəki karyerasını bitirmək qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu özü açıqlama verib. O, “Xatirələrlə dolu bir ürəklə həyatımın bu fəslini bağlayıram. Bu gözəl macəraya görə təşəkkür edirəm” – deyə, bildirib. 

Qrizmann 2014-cü ildən Fransa millisində çıxış edir. Ümumilikdə 137 matçda 44 qol vurub. Milli komanda ilə birlikdə 2018-ci ildə Dünya Kubokunun, 2020/21 mövsümündə Millətlər Liqasının qalibi olub.

Chosen
32
idmanxeber.az

1Sources