Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələrindən diplomlarını götürmələri üçün pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb.
Açıqlamada bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs cəzalandırılıb:
“Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub”.