EN

AHİK sədri Sahib Məmmədov qurumun tabe təşkilatlarında olub, mövcud vəziyyətlə maraqlanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədriSahib Məmmədov AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrəŞurasında olub.

Şuranın sədri İlmir İsmayılov qurumun fəaliyyəti, turistbazaları haqqında AHİK sədrinə məlumat verib. Bildirib ki,məzuniyyət dövründə ittifaq üzvlərinin səmərəli vaxt keçirmələri vəmənalı istirahəti üçün qurum tərəfindən hər cür şərait yaradılır.Onun sözlərinə görə, Şuranın turist bazalarında yay mövsümü ərzindəxeyli sayda ittifaq üzvü ailəvi istirahət edir. Konfederasiya sədriinzibati binaya baxış keçirib, otaqları gəzib, əməkdaşların işşəraiti ilə maraqlanıb, bir sıra tapşırıq və tövsiyələriniverib.

Sonra Konfederasiya sədri Sahib Məmmədov AHİK-in AzərbaycanHəmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİTA)baş çəkib. Sədr iş otaqlarını gəzib, məşqçi, paltardəyişməotaqlarına və idman zallarına baxış keçirib, yaradılmış şəraitlətanış olub.

Qeyd edək ki, qurumun strukturuna 5 idman cəmiyyəti - “Məhsul”,“Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu -“Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm”daxildir. İdman təşkilatlarında 16 (Sərbəst güləş, yunan-Romagüləşi, boks, cüdo, sambo, karate, şahmat, dama, atletika, ağıratletika, güllə atıcılığı, bədii gimnastika, futbol, basketbol,taekvando, alpinizm) idman növü inkişaf etdirilir. Assosiasiyasınınidmançıları 2023-cü ildə keçirilən yarışlarda 191 qızıl, 126 gümüş,164 bürünc medal qazanıblar. Medallardan 32-si Avropa və dünyaçempionatlarında əldə olunub.

2024-cü ilin yanvar-sentyabr aylarında isə keçirilən yarışlardaidmançılar ümumilikdə 305 medal (86 qızıl, 90 gümüş, 129 bürünc)qazanıblar ki, bunun da 21-i Avropa miqyaslı, 4-ü dünyaçempionatının, 48-i müxtəlif beynəlxalq turnirlərin, 232-i isərespublika yarışlarının payına düşür. 2023-cü il ərzində AHİTA-nınidman təşkilatlarının keçirdikləri 104 tədbirin 43-ü kütləvisağlamlıq, 61-i isə idman yarışları olub və bu tədbirlərə 4068idmançı qatılıb.

AHİTA-nın “Zenit” İdman Cəmiyyətinə gələn Konfederasiya sədriburada idman zallarını gəzib, şəraitlə maraqlanıb, idmançılarınməşq prosesini izləyib.

Assosiasiyanın sədri Binyamin Mənsimzadə bildirib ki, idmancəmiyyətinin nəzdində 2 Uşaq Gənclər İdman Məktəbi (UGİM) fəaliyyətgöstərir. UGİM-lər Bakı və Sumqayıt şəhərlərində yerləşir. Həminməktəblərdə idmanın sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks,taekvando və sambo növləri üzrə yüksək səviyyəli idmançılarhazırlanır.

AHİK sədri Sahib Məmmədov həmçinin AHİTA-nın Yasamal rayonstadionunda da olub. Sədr burada futbol meydançalarını gəzib,vəziyyətlə maraqlanıb.

Sonda Konfederasiya sədri AHİTA-nın rəhbərliyinə idmanzallarında şəraitin yaxşılaşdırılması, yeni standartlara uyğun alətvə avadanlıqlarla təchiz olunması barədə tapşırıqlar verib.

AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
AHİK
Chosen
30
17
az.trend.az

10Sources