EN

İran İrəvanda ən böyük ticarət nümayəndəliyini açdı

İran İrəvanda dünyanın ən böyük ticarət nümayəndəliyini açıb.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bunu açılış mərasimində İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

“Qeyd etmək lazımdır ki, bu mərkəz dünyanın ən böyük mərkəzidir və bu, İran və Ermənistan arasında dərin dostluq əlaqələrindən xəbər verir”, - iranlı diplomat bildirib.

Onun sözlərinə görə, Ermənistanla İran arasında ticarət-iqtisadi əlaqələr və ticarət dövriyyəsi sürətlə artır. O ümid edir ki, ticarət nümayəndəliyinin açılması iqtisadi əlaqələrin, o cümlədən ticarətin inkişafına təkan verəcək.

“Ermənistanla İran arasında münasibətlər çoxşaxəlidir və onlar iqtisadiyyat, nəqliyyat və infrastruktur sahələrində bir-birini tamamlaya bilər”, - deyı diplomat vurğulayıb.

Chosen
31
herbiand.az

1Sources