Rusiya yenidən İran dronları ilə Ukraynaya kütləvi hücum etdi.Məlumata görə, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 73 ədəd Şahid 136/131 dronundan 67-ni zərərsizləşdirib. Bildirilib ki, Ukrayna qüvvələri bir ədəd X-59/69 raketini də vurublar.Qeyd olunub ki, Rusiya ordusu Şahid dronları və raketlə Ukraynanın Kiyev, Çerkassı, Vinnitsa, Kirovoqrad, Jitomir, Poltava, Çerniqov, Xarkov, Dnepropetrovsk və Nikolayev əyalətlərini hədəfə alıb. Eltun Məmmədov
Diqqət Çəkənlər
İsrail Livanda Hizbullahın onlarla hədəfinə zərbələr endirib
Hizbullah liderinin yerini İran casusu İsrailə bildirib
ABŞ hərbi qüvvələri Ayn əl-Əsəd aviabazasını tərk edəcək