EN

Əziz Yıldırım silahlı hücuma məruz qalan futbolçunu ziyarət etdi

Beykoz səmtində silahla hücuma məruz qalan və əməliyyatdan sonra xəstəxanada müalicə alan Serhat Akının xəstəxanadan fotosu yayılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, \"Fənərbaxça\" klubunun sabiq prezidenti Əziz Yıldırım keçmiş futbolçu və şərhçi Serhat Akını  xəstəxanada ziyarət edib.
 
Görüşdə \"Fənərbaxça”nın keçmiş idarəçilərindən Mahmud Uslu və iş adamı Murat Zorlu da olub.
 
Paylaşılan fotoda Serhat Akının hər iki ayağının sarğılı olduğu və xəstəxana otağında onun futbol oynadığı illərdən qalma \"Fənərbaxça\" formasının olduğu görülüb.
 
Aysel

 


 



Chosen
15
1
azxeber.com

2Sources