Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
"Bu işlər Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində plana uyğun qaydada davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllıqla planlaşdıraraq bunu edirik".
O qeyd edib ki, hazırda Ağdam rayonunun üç kəndində quruculuq işləri davam edir: