EN

Keçmiş deputata hökm oxundu- 8 il iş, üstəlik zərərçəkmişə 50 min ödəməlidir...

Image

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda Bəydəmirlinin vəkili Aqil Layıc müvəkkilinin təqsirsizliyini göstərən sübutları sadalayıb.

Vəkil verilmiş ittihamların əsaslı olmadığını bəyan edərək bəraət hökmü çıxarılmasını xahiş edib.

Bütün çıxışlar yekunlaşdıqdan sonra hökm elan edilib. Fərid Namazovun sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, Nazim Bəydəmirli hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Hökmdə qeyd edilir ki, Nazim Bəydəmirlidən 49 min 740 manat tutularaq zərərçəkmiş Mürsəl İbrahimova ödənilməlidir.

Qeyd edək ki, N.Bəydəmirli ötən il həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb.





Chosen
53
11
baki-xeber.com

10Sources