EN

Britaniyada kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanır

Bakı. Trend:

Böyük Britaniyanın kömürlə işləyən sonuncu elektrik stansiyasıbu gün fəaliyyətini dayandıracaq.

Trend xəbər verir ki,Britaniyanın şərqi Midlands bölgəsində yerləşən Ratcliffe-on-Soarelektrik stansiyası 1968-ci ildən bəri kömürlə işləyən dörd qazan,səkkiz böyük soyutma qülləsi və 199 metr hündürlüyündə bacavasitəsilə elektrik enerjisi istehsal edirdi.

Kömür XX əsrdə Böyük Britaniyanın milli enerji təchizatında əsasrol oynayaraq, 1990-cı ildə ölkənin elektrik istehsalının təxminən80 faizini təşkil edib. Bu rəqəm 2012-ci ildə 39 faizə enib.

Milli Şəbəkənin Elektrik Sistemi Operatorunun məlumatına görə,həmin dövrdən bəri kömürlə işləyən 15 elektrik stansiyası yabağlanıb, ya da başqa yanacaqlara keçib. Ötən il kömürün ölkəninenerji təchizatında payı cəmi 1 faiz olub. Bu, Böyük Britaniyanıntəmiz enerji mənbələrinə keçidinin göstəricisidir.

Chosen
14
4
az.trend.az

5Sources