EN

Əfsanəvi basketbolçu öldü

18 mövsüm Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən konqolu basketbol əfsanəsi Dikembe Mutombo 58 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, Mutombo beyin xərçəngi ilə uzun sürən mübarizədən sonra dünyasını dəyişib.

Mutombo “Denver Nuggets”, “Atlanta Hawks”, “Filadelfiya, “New Jersey Nets” (indiki “Brooklyn Nets”), “New York Knicks” və “Houston Rockets” komandalarında çıxış edib. O, bloklanmış zərbələrin ustası və ən yaxşı müdafiəçilərdən biri hesab olunurdu.

Chosen
42
1
publika.az

2Sources