EN

Trampa qarşı sui-qəsd cəhdində ittiham edilən şəxsin məhkəməsi başladı

ABŞ-daprezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan amerikalı Rayan Uesli Rutun məhkəməsi başlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Rayan Rut ilk məhkəmədəgünahını etiraf etməkdən imtina edib.

Rut ona qarşı irəli sürülən ittihamın bütün beş maddəsini rədd edib. Günahsız olduğunu bəyan edən Rayan Rut məhkəmənin andlıların iştirakı ilə keçirilməsini tələb edib.

Qeyd edək ki, sui-qəsd cəhdi sentyabrın 15-də Floridada Donald Trampın qolf klubunda baş verib.


Müəllif: Arzu
Chosen
52
teleqraf.com

1Sources