Avropa Birliyinə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə əlaqədar iclasının təcili çağırılmasını tələb edirlər.
Viral.az xəbər verir ki, bu barədə AB-nin baş diplomatı Jozep Borrell danışıb.
“Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik”, – o deyib.
Son Yazılar:
- AB ölkələri BMT TŞ-nin təcili iclasını ÇAĞIRIR
- İsrail Livanda raket buraxılış qurğuları olan anbarı məhv ETDİ
- “Mən o vaxt televizorda sizi qucaqlamışdım” – Video
Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar:
“İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.