EN

Rayan Rut məhkəmədə Trampa sui-qəsd cəhdi ittihamlarını rədd edib

Trampa sui-qəsddə ittiham olunan şəxs məhkəmədə bütün ittihamları rədd edib...

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Rayan Uesli Rut Florida ştatında keçirilən məhkəmə iclasında ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, sentyabrın 30-da baş tutan və təxminən beş dəqiqə davam edən məhkəmə prosesində Ruta beş maddə üzrə ittihamların oxunması da yer alıb. Bunlara adam öldürməyə cəhd, polis əməkdaşına hücum və odlu silah saxlanılması pozuntuları daxildir. Rutun bütün ittihamları rədd etdiyi bildirilir. O, hakimə ona qarşı irəli sürülən ittihamları başa düşdüyünü bildirib.

Təqsirləndirilən şəxsin müdafiəsi onun işinin andlılar məhkəməsində baxılmasını istəyib. 58 yaşlı Rut sentyabrın 24-də Ağ Evin keçmiş rəhbərinə sui-qəsd cəhdində rəsmi ittiham irəli sürülüb. Təqsirli bilinərsə, müttəhim ömürlük həbs cəzası ala bilər.

Polioqn.info

Chosen
44
poliqon.info

1Sources