EN

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun!

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusilə tez-tez hamburger və kartof qızartması kimi qidalarla birlikdə tez-tez istifadə edilən fast food tərzi yeməklərdə istifadə olunur. Şirin və acı ketçup da daxil olmaqla müxtəlif çeşidlər satılır. Ketçup və mayonezin tərkibindəki kimyəvi maddələr insan sağlamlığına ciddi zərər verir. Təəssüf ki, ketçup və mayonez istehlakı bütün dünyada olduğu kimi ölkəmizdə də olduqca məşhurdur. Ketçup, mayonez əslində mahiyyət etibarı ilə qısa müddətdə xarab olan pomidor və yumurta kimi xammallardan hazırlandığı halda, aylarla, illərlə mağazalarda, evlərdə saxlanılır. Bəs bu necə olur? Tez çürüyən pomidoru ehtiva edən ketçup niyə aylarla soyuducuda qalsa da, dadı dəyişmir? Ketçup və mayonezin tərkibində nələr var?

Ketçupun tərkibi: Tomat püresi, şəkər, qlükoza, sirkə, duz, ətir verici kimyəvi maddələr, soğan tozu, sarımsaq tozu, acı bibər suyu, antimikrobial maddə (natrium benzoat E-211, kalium sorbat E-202), antioksidant (askorbin turşusu E-300), konsistensiya artdırıcı (guar yapışqanı E-412).
Ketçup istehlak edərkən, porsiyalara nəzarət etmək və tərkibindəki maddələri yoxlamaq vacibdir. Balanslaşdırılmış qidalanma planının bir hissəsi kimi müvafiq miqdarda ketçup istehlak etmək təhlükəsiz seçim olacaqdır. Ümumilikdə ketçupun faydaları və zərərləri aşağıdakı kimi olacaq.

Ketçupun faydaları 

  • Antioksidantlarla zəngindir.
  • Tərkibində C vitamini, A vitamini və kalium kimi vacib vitamin və minerallar var.
  • Yeməklərə şirin, turş və ədviyyatlı bir dad əlavə edərək onların dadını artırır.
  • Yemək vərdişlərini yaxşılaşdırmağa kömək edə bilər.

Ketçupun zərərləri

  • Tərkibində yüksək miqdarda şəkər ola bilər.
  • Bəzi ketçup növləri yüksək miqdarda natrium ehtiva edə bilər. Həddindən artıq natrium istehlakı yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
  • Bəzi ketçup növlərində konservantlar, rəngləndiricilər və süni tatlandırıcılar kimi əlavələr ola bilər.
  • Allergiya və ya dözümsüzlüyünüz varsa, tərkib etiketlərini diqqətlə yoxlamaq vacibdir.

Saglamolun.Az





Chosen
107
saglamolun.az

1Sources