Müəllif:Ayşən İmanova/Banco.az
Tayland hökuməti 1,4 milyard dollarlıq iqtisadi stimullaşdırma proqramının bir hissəsi olaraq, milyonlarla vətəndaşa 10 000 baht (300 dollar) müavinət ödəməyə başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, birinci mərhələdə proqram əhalinin ən həssas təbəqələrindən olan 14,5 milyon vətəndaşı, dövlət sosial təminat kartı sahiblərini və əlilliyi olan şəxsləri əhatə edəcək. Proqramda iştirak etmək üçün ümumilikdə 36 milyon insan qeydiyyatdan keçib.