EN

İsrail "Hizbullah"a qarşı quru əməliyyatına başlayıb -

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Əməliyyat istiqamətində İsrailin şimalında, Livan sərhədində yerləşən Kiryat Şimona şəhərindən raket hücumu həyata keçirilib.

Bildirilir ki, sözügedən terror obyektləri Livanın cənubundakı yaşayış məntəqələrinin ərazisində yerləşir.

Yerli mediada həmin məntəqələr sırasında Mərcəyun, Vəzzani, Xəyyam və s.-nin adı çəkilir. "Hizbullah" məhz bu və ətraf nöqtələrdən İsrailin şimalına doğru mütəmadi raket hücumları həyata keçirirdi.

Digər tərəfdən, münaqişənin yeni mərhələyə girməsi fonunda Livan əhalisinin Suriyaya mühacirət sayı artıb. Xarici ölkələr də öz vətəndaşlarını bu ölkədən çıxarmaq üçün səy göstərməkdədir.

Firudin Həmidli
AzVision.az

Qalereya



Chosen
40
1
azvision.az

2Sources