EN

"Türyançay"ın Sol Sahil kanalı yenidən qurulur - FOTO

“Türyançay Sol Sahil kanalının yenidən qurulması" layihəsinin I mərhələsi həyata keçirilir.

Bu barədə "APA-Economics"ə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, kanalın bərpasına 2023-cü il tarixində başlanılıb və bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.

Ümumi uzunluğu 11,5 km olan suvarma kanalı üzərində sudü­şürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.

Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.

Hazırda 11,5 km uzunluğu olan kanalın qurğularla birgə 7 km hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Chosen
21
11
apa.az

10Sources