EN

“Tritterra Baku Triathlon Club” Barselonada beynəlxalq turnirdə

Oktyabrın 6-da İspaniyanın Barselona şəhərində Ironman məsafəsi üzrə beynəlxalq yarış keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycanı turnirdə “Tritterra Baku Triathlon Club”nun idmançıları Oleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov təmsil edəcəklər.

Ironman normasını yerinə yetirmək uğrunda idmançılar üç sınaqda mübarizə aparacaqlar. Onlardan 3,8 km məsafədə üzmək, 180 km velosiped sürmək və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etmək tələb olunur.

Turnirdə 60 ölkədən 3 000 idmançının iştirakı planlaşdırılır.

İdman.biz

Chosen
32
4
idman.biz

9Sources