Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 966,9 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olub. Bu, ümumi dövriyyənin 60 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6% artaraq 1 milyard 456,8 milyon manat olub.