EN

"Guya zaman keçdikcə yaralar sağalır, amma..." - FOTO

Oğlu Atabəy mərhum müğənni Səyyad Əlizadə ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Atabəy atasının ad günü olduğunu vurğulayıb. 

"Artıq 3 ildir ki, söykəndiyim dağım, şahım, canım atam əbədiyyətə qovuşub. Guya deyirlər, zaman keçdikcə yaralar xəfifləyir, deməzdim. Çünki bu o qədər böyük zərbə oldu ki... Təkcə bizim ailə üçün yox, bütün xalqımız üçün. Deyiləsi, sözlər çoxdur. Məkanın cənnət olsun, canım sənətkarım" deyə, o, paylaşımında yazıb. 

Qeyd edək ki, müğənni 2021-ci ildə koronavirus xəstəliyindən vəfat edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
110
25
milli.az

10Sources